ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
“Piyada ayağını zolaqlı piyada keçidinə qoyursa, deməli, o, piyada üstündür. Amma bir şərtlə ki, əmin olsun, işıqforda yaşıl işıq yanır, maşın üçün də”.
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Eldar Bəşirov deyib.
O bildirib ki, əgər yol nizamlanmırsa və piyada keçidində piyada varsa, nəqliyyat vasitəsi mütləq şəkildə piyadaya yol verməlidir:
“Dayanma qadağandır nişanında heç bir nəqliyyat vasitəsi dayana bilməz. Amma "durmaq qadağandır" nişanında dayanmaq olar. Dayanmaq odur ki, sərnişin mindirib-düşürtmək və yük vurub-boşaltmaq. Ancaq maşından düşmək olmaz. Maşından düşmək artıq durma qaydasının pozulmasıdır.
Yaşayış məntəqələrində piyada zolağına 50-100 metr qalmış xəbərdaredici nişan qoyulur ki, qabaqda piyada keçidi var. Əgər yol nizamlanmırsa və piyada keçidində piyada varsa, nəqliyyat vasitəsi mütləq şəkildə piyadaya yol verməlidir. Digər tərəfdən, yol ayrıclarında sağa yaxud sola dönən zaman eyni formada piyadaya yol vermək lazımdır. Piyadaya yol verməmək İnzibati Xətalar Məcəlləsinə görə, 50 manat cəriməldir”.
Ekspert vurğulayıb ki, piyada ayağını piyada keçidinə qoyursa, deməli piyada üstündür:
“Ancaq işıqforun yaşıl işığı avtomobilə yanıbsa və piyada üçün analoji işıq qırmızıdırsa, bu zaman piyada yola girə bilməz. Belə situasiyada sürücü piyadaya yol verməməlidir. Lakin dönüşlər zamanı həm piyada, həm də sürücülər üçün işıqfor yaşıldırsa, sürücü mütləq piyadaya yol verməlidir. Belə hallarda piyadalar üstünlüyə malikdir. İşıqforla nizamlanan yol ayrıclarında nəzərə almaq lazımdır ki, üstünlük halları ləğv olunur.
“Baş yol” və “yol ver” nişanları ancaq işıqforun işləmədiyi hallarda üstünlük yaradır. Piyada ayağını piyada keçidinə qoyursa, deməli piyada üstündür. Amma bir şərtlə ki, piyada əmin olmalıdır ki, özü üçün də işıqfor yaşıldır, maşın üçün də yaşıldır”.
Qeyd edək ki, oxşar qarışıq hal Ağa Nemətullah keçəsində mövcuddur. Bu həm piyadalar, həm də avtomobil sürücüləri üçün çətinlik yaradır. (yeni.sabah)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.