RU

Yeltsinin qızının paylaşımı başına oldu

BAKI, 20 avqust. TELEQRAF

Rusiyada Yeltsin Mərkəzinin rəhbərinin birinci müavini Lüdmila Telenə qarşı orduya böhtan atmaq ittihamı ilə inzibati iş açılıb.

Teleqraf xəbər verir ki, səbəb onun 2022-ci ildə Feysbuk sosial şəbəkəsində Rusiyanın mərhum prezidenti Boris Yeltsinin qızı Tatyana Yumaşevanın Ukraynada müharibə əleyhinə postunu repost etməsi olub.

Telenin vəkili Mixail Biryukovun sözlərinə görə, yazı 2022-ci il fevralın 25-də dərc edilib və iş bu ilin avqustunda məhkəməyə göndərilib. Bundan əvvəl Tele “Rossiya 24” və “UralLive” telekanallarını onun İsrail pasportu ilə bağlı şəxsi məlumatlarını göstərən skanını dərc etdiyinə görə açıq şəkildə tənqid etmişdi.

Yekaterinburqun Verx-İsetski Məhkəməsi artıq işə baxmağa başlayıb, amma Tele iclasa gəlməyib. Vəkili vurğulayıb ki, repost Moskvada edilib və işə paytaxtın özündə baxılmalıdır.

Qeyd edək ki, bundan əvvəl “tarixi saxtakarlıqları yaymaq” ittihamı ilə Yeltsin Mərkəzinin bağlanması tələb olunmuşdu.

Избранный
37
4
teleqraf.com

5Источники