RU

Nazilədən İRAD: “Yas mərasimində toyuq ləvəngisi verirlər” - VİDEO

Şairə Nazilə Səfərli yas mərasimlərində yemək verilməsinə irad bildirib.

News24.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə o instaqramda video paylaşıb.

Nazilə deyib ki, yas evində ailə yemək dərdi çəkməməlidir:

 “İnsanın ailəsində vaxtlı-vaxtsız itki ola bilir. Lakin həmin vaxtda insan öz dərdi ilə başbaşa qala bilmir. Fikirləşir ki, ölümü ağlayım, dərdimi çəkim, ya gəlib-gedəni yola salım?

Bizim kənddə əvvəllər belə bir sistem var idi, yas düşən evdə ailə bir həftə yemək bişirmirdi.

Qonşulardan kim nə gətirsə, o yeyilirdi. Bir həftə sonra yas sahibi heyvan kəsirdi, sonra kəndəki ailələrin sayına görə bölüb ehsan göndərirdi.Məncə, bu yaxşı addımdır.

Çünki bir həftə ərzində ölü yiyəsi özünə gəlməyə başlayır. İndi yas yerinə gedirsən, badımcan, toyuq ləvəngisi qoyurlar. Bunun qarşısı alınmalıdır. Ərəbistanda yas yerinə gedəndə qapıda üyüdülmüş qəhvə verirlər, o acılığı dadmaq istəyirsənsə, bir qaşıq dilinin altına qoyursan, onunla da yasda oturub, gedirsən.

 Yoxsa gəlib demirlər ki, filankəsin halvası dadlı idi, ya da aş-bozbaş müzakirə olunur, ölü yaddan çıxır. Bunun əleyhinəyəm.

Mənim kimi düşünənlər də az deyil. Yas yerlərindəki yeməyi yığışdırsınlar. Halva, çay verilə bilər. Amma ölü yiyəsi yemək dərdinə qalmalı deyil. Bu, mənim şəxsi fikrimdir. Bilirəm ki, birmənalı qarşılanmayacaq”.


Избранный
65
3
news24.az

4Источники