RU

DİQQƏT! Günahkarlar cəhənnəmdə BELƏ YANACAQ... - AÇIQLAMA

İslam dini inanclarına görə, günahkar şəxslər cəhənnəmdə yanacaq. Lakin belə bir sual yaranır. Məlum məsələdir ki, biz baş verən bütün ağrıları, əzabları bədənimiz, sinir sistemimiz vasitəsilə hiss edirik.

 

Bəs sinir sistemi, bədən olmadan ruhun yanmağı necə baş tutacaq? Bununla bağlı dində nə deyilir?

 

İlahiyyatçı Elşad Miri Referans-a mövzu ilə bağlı açıqlamasında bu sualı cavablandırıb.




“Cənnət, cəhənnəm təsəvvürü sadəcə bizim anlaya biləcəyimiz formada təqdim olunur. Yəni bu o demək deyil ki, biz cəhənnəmdə hazırda əlimizi atəşə vurduq yandığımız kimi cəhənnəmdə də günahkar olan insanlar yandırılacaq. Bu, sadəcə bir təsvirdir. Çünki bu fərqli bir məsələdir. Cənnət, cəhənnəm təsəvvürü bizim bu dünyada görə biləcəyimiz, anlaya biləcəyimiz bir tərzdə anladılır. Əsas məsələ digər dünyada cəzalandırma və mükafatlandırmanın olmasıdır. Lakin bunların nə formada olacağı məlum deyil. Nəzərə alsaq ki, buzla da yanmaq mümkündür və buna əsasən də biz deyə bilərik ki, burada sadəcə atəşdə yanmaqdan söhbət getmir”.

 

İlahiyyatçı qeyd edib ki, cənnət və cəhənnəm anlayışları bizim təsəvvür edə bilməyəcəyimiz səviyyədə anlayışlar olduğuna görə onları izah edə bilmək üçün dünyəvi anlayışlarla müqayisəli formada insanlara təqdim olunub.


“Digər tərəfdən məsələ ruhun yanmağı deyil. İnsan bu dünyada necə bu hərəkətləri edibsə, o dünya da həmin o etdiklərinin əvəzini alacaq. İnsan bu dünyada necədirsə, digər dünyada da o formada var olacaq”.

 

Fidan Vəlisoy 

Избранный
48
referans.az

1Источники