RU

Şavkat Mirziyoyev İlham Əliyevə məktub ünvanlayıb

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayaraq, Vaşinqtonda imzalanan Birgə Bəyannamə münasibətilə təbriklərini çatdırıb.

Özbəkistan Prezidentinin məktubunda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə imzalanmış sənədin regionda sülh və sabitliyin təmin olunması baxımından əhəmiyyət daşıdığı qeyd olunub.

Mirziyoyev, sənədi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində atılan mühüm addım kimi qiymətləndirib və bu prosesdə Əliyevin rolunu vurğulayıb.

“Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin imzalanması istiqamətində əldə olunan irəliləyişləri təqdirəlayiq hesab edirik,” – deyə məktubda bildirilir.

Özbəkistan Prezidenti həmçinin Azərbaycan xalqının son illərdəki inkişafını qeyd edib və Azərbaycanın beynəlxalq nüfuzunun artdığını bildirib.

Mirziyoyev, Əliyevi tarixi sənədin imzalanması münasibətilə təbrik edib və ona sağlamlıq, fəaliyyətində uğurlar, Azərbaycan xalqına isə davamlı sülh və rifah arzulayıb.

 

Избранный
23
1
anews.az

2Источники