Qarabağdan könüllü şəkildə çıxmış ermənilərdən ibarət qruplar ATƏT ölkələrinə müraciət yayıblar.
Yenisabah.az xəbər verir ki, müraciət qondarma rejimin geydirmə “parlamenti”nin spikeri Aşot Danielyanın imzası ilə təqdim olunub. Mətn həyasızcasına saxtakarlıqlarla doludur və açıq-aşkar Kremlin “oyuncaqlarının” yazısı təsiri bağışlayır.
Müraciətdə deyilir ki, guya “150 min Qarabağ ermənisi zorla ata-baba yurdundan didərgin salınıb” və onların səsi nəzərə alınmadan ATƏT-in Minsk qrupunun mandatı ləğv edilib. Sənəddə: pizza sifarişi
• Qarabağ ermənilərinin “təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünə zəmanət verilməsi”,
• Minsk qrupunun fəaliyyətinin bərpası,
• Onların nümayəndələrinin beynəlxalq danışıqlara qatılması kimi tələblər irəli sürülüb.
Müraciət, guya, BMT qərarları və insan hüquqları sənədlərinə istinad edir, Azərbaycanı isə “etnik təmizləmə aparmaqda” ittiham edir.
Son günlər diqqət çəkən məqam odur ki, Rusiyanın xüsusi xidmət orqanları və müəyyən qurumları Qarabağdan köçən ermənilərə xüsusi diqqət göstərir: onlara yardım paylayır, görüşlər keçirir, videolar hazırlayır. Hər kəs sual edirdi – Moskva niyə birdən-birə iki ildən sonra bu mövzunu gündəmə gətirdi?
Musavat.com-un yazdığı kimi, məqsəd aydındır:
• Azərbaycana qarşı təzyiq – ermənilərin “geri qaytarılması” kartı ilə Bakını şantaj etmək.
• Ermənistanda daxili qarışıqlıq yaratmaq – Qarabağ mövzusundan istifadə edib Paşinyana qarşı narazı elektorat formalaşdırmaq.
Bu müraciətin ATƏT-ə yönəldilməsi də Kremlin planının bir parçasıdır.
Moskvanın rəsmi şəxsləri də dəfələrlə bu xətti təkrar ediblər. Xarici işlər nazirinin müavini Qaluzin dəfələrlə bildirib ki, “Qarabağ ermənilərini yalnız Rusiya geri qaytara bilər.” Əslində, bu iddia Rusiyanın özünü oyunda saxlamaq cəhdidir.
Çünki Azərbaycan və Ermənistan arasında Vaşinqtonun vasitəçiliyi ilə imzalanmış sülh Memorandumu Moskvanı tam kənarda qoyub. Kremlin oyunbozanlıq etməsinin yeganə yolu Qarabağ ermənilərini yenidən “masaya salmaqdır”.
Ermənistanın baş naziri Nikol Paşinyan isə dünən xalqa müraciətində açıq şəkildə bildirdi ki, Qarabağ ermənilərinin geri qayıtması məsələsi bitib. Onların gələcəyi Ermənistanda, orada məskunlaşmaqdır. Paşinyan hətta Qarabağ mövzusunu Ermənistanın dövlət təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirdi.
Beləliklə, görünən odur ki, Kreml ermənilərdən daha çox “erməniçilik” edir – onları zorla yenidən köçürmək, bölgəyə qaytarmaq istəyir. Halbuki bu qatar artıq gedib və Qarabağ məsələsi bağlanıb.
Qarabağdan köçən ermənilərin ATƏT-ə müraciəti əslində Moskvanın əl işidir. Məqsəd – Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı pozmaq, regionda təsir imkanlarını itirməməkdir. Lakin reallıq göstərir ki, nə Azərbaycan, nə də Ermənistan artıq Kremlin bu oyunlarına aldanmaq niyyətindədir. /Musavat.com
Telegram kanalımız