RU

Rusiya-Ermənistan arasında yeni gəlişmə: Overçuk İrəvanda

Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda erməni həmkarı Mher Qriqoryanla görüşüb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə erməni mediasına istinadən bildirir ki, təkbətək söhbətdən sonra nümayəndə heyətləri arasında görüş keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Ermənistan-Rusiya gündəliyinə dair məsələləri müzakirə ediblər. Qriqoryan Rusiya baş nazirinin müavininə operativ reaksiyaya və Rusiya buğdasının Yuxarı Lars keçid məntəqəsi vasitəsilə Ermənistana idxalına köməyə görə təşəkkür edib.

Dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi baxımından Qriqoryan və Overçuk ticarət, nəqliyyat, energetika və gömrük kimi sahələrin əhəmiyyətini qeyd ediblər. Onlar ərazi bütövlüyü, suverenlik və qarşılıqlılıq prinsipi çərçivəsində regionda kommunikasiyaların bloklanmasının zəruriliyini vurğulayıblar.

Maraqlısı budur ki, Overçuk Azərbaycan nümayəndə heyəti ilə görüşdən və Rusiyada hökumətlərarası komissiyanın iclasından öncə qəfil İrəvana səfər edib.

Избранный
53
2
konkret.az

3Источники