RU

İran Vyanaya nümayəndə heyəti göndərir?

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə danışıqların növbəti raundu üçün İran nümayəndə heyətinin Vyanaya göndərilməsinin mümkünlüyünü açıqlayıb.

Bakupost.az xəbər verir ki, İranın xarici işlər naziri MAQATE-nin baş direktorunun müavini və təhlükəsizlik tədbirləri departamentinin rəhbəri Massimo Aparovun Tehrana səfərinin nəticələrindən danışarkən qeyd edib ki, Aparovun İrana səfəri nüvə məsələsinin daha yaxşı başa düşülməsi baxımından Tehran üçün faydalı olub.

"Həmin səfərdən sonra biz parlament qanununa əsaslanan mümkün yol haqqında fikirlərimizi yazıb təqdim etdik. Şənbə günü MAQATE öz şərhlərini hazırlayıb bizə göndərdi və İranla agentlik arasında bu qarşılıqlı faydalı əməkdaşlıq davam edir. Yəqin ki, danışıqların növbəti mərhələsi üçün həmkarlarımızı Vyanaya göndərəcəyik", - İran rəsmisi əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
3
www.bakupost.az

4Источники