RU

Özbəkistan və Azərbaycan sammitdə əldə olunan razılaşmaların icrasını müzakirə edib

Özbəkistan xarici işlər nazirinin müavini Bobur Usmanov Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev ilə görüşüb.

Operativ Media Özbəkistan XİN-ə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Bakıdakı sammitinin nəticələri üzrə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

"Əsas diqqət bu ilin iyul ayının əvvəlində Bakı şəhərində keçirilmiş Özbəkistan-Azərbaycan sammitinin nəticələri üzrə əldə edilmiş razılaşmaların həyata keçirilməsi gedişatının nəzərdən keçirilməsinə yönəldilib. Özbəkistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb", - məlumatda deyilir.

Tərəflər həmçinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda sistemli dialoqu davam etdirməkdə qarşılıqlı marağı təsdiqləyiblər.

Избранный
37
4
operativmedia.az

5Источники