RU

Bill Qeyts 1 milyon dollarlıq mükafatı təqdim etdi...

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Alzheimer xəstəliyini müalicə etmək üçün süni intellektdən istifadə etmək üçün...

...Gates Ventures fondu 1 milyon dollarlıq mükafat fondu olan müsabiqə elan edib. Onun məqsədi Alzheimer xəstəliyinin müalicəsinin yeni üsullarını tapmaq üçün süni intellektə əsaslanan innovativ həllərin işlənib hazırlanmasını stimullaşdırmaqdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Finantial Times yazır.

Qalib Alzheimer xəstəliyi ilə bağlı mövcud məlumatlar əsasında müstəqil şəkildə planlaşdıra, əsaslandıra və fərziyyələr yarada bilən süni intellektdən istifadənin ən orijinal üsuluna görə müəyyən ediləcək.

Hazırlanmış alət bulud platforması vasitəsilə bütün dünya alimlərinin istifadəsinə veriləcək.

Qeyd edək ki, təxminən 55 milyon insan demensiyadan əziyyət çəkir və 2050-ci ilə qədər xəstələrin sayı üç dəfə arta bilər.

Proqramın məsləhətçisi Qreqori Mur “Biz hamımız başa düşürük ki, Alzheimer xəstəliyinin yükü yalnız artır və biz hələ effektiv yeni müalicə üsullarını görmürük”-, deyə bildirib.

Müsabiqənin başlanması texnologiya şirkətlərinin süni intellekt tətbiqinin ən perspektivli sahələrindən biri kimi təbabətə artan marağı ilə üst-üstə düşdü.

Google DeepMind artıq zülalların strukturunu proqnozlaşdıran AlphaFold modelinin tanınmasına nail olub. Onun startapı Isomorphic Labs bu yaxınlarda yeni dərmanların hazırlanması üçün 600 milyon dollar toplayıb. Müsabiqə süni iltellekt mütəxəssisləri, biotibb alimləri, həkimlər və texnologiya şirkətləri üçün açıqdır.

Müsabiqənin avqustun 19-da başlaması, ilkin mərhələlərin dekabrda San Dieqoda, finalların isə martda Kopenhagendə keçirilməsi planlaşdırılır.

Təşkilatçılar ümid edirlər ki, süni intellekt fərqli tədqiqat məlumatlarını birləşdirməyə və çoxdan gözlənilən sıçrayışlı kəşflərin ortaya çıxmasını sürətləndirməyə kömək edəcək. Bacarıqlara əsaslanan biliyi intellektual həyatın əksi hesab etmək lazım deyil

Nazlı Almuradova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
1
sia.az

2Источники