
Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında Azərbaycan təmsilçisi Ruzanna Məmmədova (62 kq) finala adlayıb.
Yeniavaz.com xəbər verir ki, Avropa çempionu güləşçimiz ilk görüşündə qazaxıstanlı Aydana Şorayevanı tam üstünlüklə – 11:0 hesabı ilə məğlub edib. Daha sonra 1/4 finalda özbəkistanlı Nigina Sabirova ilə gərgin keçən dueldən 3:2 hesablı qələbə ilə ayrılıb.
Yarımfinal mərhələsində isə Məmmədova türkiyəli Büşra Efenini məğlub edərək karyerasında ilk dəfə U-20 dünya çempionatının finalına yüksəlib.