RU

Rəqsanə İsmayılovanın işi üzrə özünü zərərçəkmiş kimi təqdim edən şəxs videomüraciət yayıb

Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov videomüraciət yayıb.

Aznews.az xəbər verir ki, şikayətçi Gündüz Məmmədov mediaya ünvanladığı müraciətində Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanov tərəfindən aldadılmaları barədə danışıb.

O bildirib ki, 2022-ci ildə qayınatası Məşədiəli Nağıyevin miqrasiya və vətəndaşlıqla bağlı problemləri olub, Rəqsanə İsmayılova və onun həyat yoldaşı onlara bu problemi həll edə biləcəklərini deyiblər:

“Bildirdilər ki, Rusiyanın hüquq-mühafizə orqanlarında yaxın adamları var və onlar yüksək rütbəli həmin adamlar vasitəsi ilə qayınatamın problemini həll edəcəklər. Onlar yüksək rütbəli şəxslərin adlarından istifadə edərək qayınatamın problemini həll etməyə söz verdilər. Bu vədlə bizdən hissə-hissə 520 min dollar pul aldılar. Pulu mən və qardaşım Rəqsanə İsmayılovaya və həyat yoldaşı Fazil Əmiraslanova təqdim etmişik. Uzun zamandan sonra anladım ki, onlar bizi aldadırlar”.

G. Məmmədov pulu onlara verməyinə dair əsaslı sübutlarının olduğunu, bütün bunları istintaqa təqdim etdiyini deyib.

Избранный
49
3
aznews.az

10Источники