RU

Naməlum milyarder “Titanik”ə getməyə qərar verir...

Adı açıqlanmayan milyarder Atlantik Okeanında “Titanik”in qalıqlarına enmək üçün on milyon dollar ödəyəcək.

SİA xəbər verir ki, bu barədə mənbəyə istinadən New York Post nəşri yazıb.

Qeyd olunur ki, milyarder 2023-cü ildə “Titan” paratıı ilə baş verən faciədən sonra “Titanik”ə ilk gedən olacaq.

...Və indi bir neçə həftəyə kimsə “Titanik”ə enəcək. Mən sizə deyə bilərəm ki, o, milyarderdir. Oraya enmək ona on milyon dollara başa gələcək. Yəqin ki, onun adını bilirsiniz.

Mənbə bunu nəşrə bildirib.

O, konkret kimin haqqında danışdığını dəqiqləşdirməyib, çünki sürprizi korlamaq istəmir - milyarder qarşıdan gələn ekspedisiyanı özü elan etmək niyyətindədir.

Xatırladaq ki, iyunun 18-də “Titan” aparatı “Titanik”in dağıntılarına getmiş, lakin bir anda onunla əlaqə kəsilmişdi. ABŞ Sahil Mühafizəsi daha sonra ekipajının öldüyünü təsdiqləyib.

Həmin o batan “Titan” aparatında OceanGate-in baş direktoru Stokton Raş, britaniyalı milyarder Həmiş Hardinq, pakistanlı multimilyonçu Şahzada Davud və oğlu Süleyman Davud və kəşfiyyatçı Paul-Henri Narjol olub.

Əli Babayev

Избранный
58
1
sia.az

2Источники