Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanın qızlardan ibarət U-16 basketbol millisi avqustun 20-29-u aralığında Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Avropa çempionatının B divizionunda mübarizə aparacaq.
Fanat.Az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz B qrupunda yer alacaq.
U-16-nın iştirakı ilə baş tutacaq qarşılaşmaların təqvimi belədir:
20 avqust
14:00. Azərbaycan – İsveç
22 avqust
21:30. Azərbaycan – Niderland
24 avqust
19:00. Azərbaycan – Slovakiya
25 avqust
21:30. Azərbaycan – Lüksemburq
Qeyd edək ki, Azərbaycanın U-16 millisi Avropa çempionatının B divizionunda ilk dəfə iştirak edəcək.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.