Avqustun 20-də Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətindəki Konstantinovka bazarına raket zərbələri endirib, nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bakues.az xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının (VHA) rəhbəri Vadim Filaşkin özünün teleqram kanalında məlumat verib.
“Konstantinovkaya endirilən zərbələr nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Ruslar şəhərə səkkiz “Smerç” raketi atıblar, qəsdən bazarı nişan alıblar”, – o bildirib.
Filaşkinin sözlərinə görə, 15 ticarət pavilyonu, 8 fərdi yaşayış evi, 6 çoxmərtəbəli bina, 1 mağaza, 2 avtomobil və elektrik xətləri ziyan görüb.
Donetsk VHA rəhbəri Rusiya Silahlı Qüvvələrinin davam edən zərbələri ilə əlaqədar bölgə əhalisini dərhal təxliyə olmağa çağırıb.