RU

Yumurtalarda gizli təhlükə: qablaşdırmadakı bu detalı yoxlamadan almayın

Yumurta gündəlik qidalanmada ən çox istifadə edilən məhsullardan biridir. Lakin o, həm də salmonella bakteriyasının gizli mənbəyi ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, supermarketdən yumurta alarkən qablaşdırmanın üzərindəki kiçik, amma həyati önəm daşıyan detallara diqqət yetirmək lazımdır.

Qablaşdırmada vacib göstəricilər

Yumurtaların üzərində “Class A”, “Extra Fresh” işarələri və istehsal kodları olmalıdır. Bu məlumatlar məhsulun təzə, gigiyenik şəraitdə istehsal olunduğunu və qida təhlükəsizliyi standartlarına uyğun qablaşdırıldığını göstərir. Çatlamış, çirkli və ya kodu olmayan yumurtalar isə yüksək bakterial çirklənmə riski daşıyır.

Nələrə diqqət etmək lazımdır?

– İstehsal sistemi kodu (üzvi, sərbəst, qəfəsli)– “Əlavə təzə” etiketi (ilk 9 gün ərzində istehlak olunmalıdır)– Qablaşdırmanın bütövlüyü– Soyuq zəncirə riayət (yumurtaların daima soyuducuda saxlanması)

Gigiyena qaydaları həyati əhəmiyyət daşıyır

Qida mütəxəssisləri bildirirlər ki, qablaşdırmadakı düzgün işarələri yoxlamaqla yanaşı, evdə saxlama və istifadə qaydaları da çox vacibdir. Çiy yumurta ilə təmasdan sonra əllərin yuyulması, yumurtaların +4°C-dən aşağı temperaturda soyuducuda saxlanması və yalnız bişmiş halda istehlak olunması tövsiyə edilir. Bu qaydalara xüsusən uşaqlar, yaşlılar və immun sistemi zəif şəxslər ciddi əməl etməlidir.

Etiketi yoxlamaq sağlamlığınızı qoruyur

Salmonella riski səbəbindən yumurta alarkən qablaşdırmadakı xırda detallar göz ardı edilməməlidir. Bu, həm özünüzü, həm də ailənizi bakteriyaların təhlükəli təsirindən qorumağın ən sadə yoludur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
16
e-saglam.az

1Источники