RU

Azərbaycanın basketbol millisi ilk oyunda məğlub olub

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində təşkil olunan Avropa çempionatının B divizionunda ilk oyununa çıxıb.

 90deqiqe.Az-ın məlumatına görə, yığma İsveç seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 87:54.

Qeyd edək ki, Azərbaycan millisi avqustun 22-də Niderland, 24-də Slovakiya, 25-də isə Lüksemburq ilə qarşılaşacaq.

Избранный
50
10
90deqiqe.az

10Источники