RU

Daha bir İŞİD lideri öldürüldü

ain.az bildirir, Modern.az portalına istinadən.

İŞİD terror qruplaşmasının liderlərindən biri, Suriyada təşkilatla əlaqəli qruplara rəhbərlik edən Salah Numan beynəlxalq koalisiya qüvvələrinin ölkənin şimal-qərbində keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Modern.az xəbər verir ki, bu barədə “Al-Ikhbaria” telekanalına Suriya təhlükəsizlik xidmətindəki mənbə bildirib.

Onun sözlərinə görə, "Əli" ləqəbi ilə tanınan İraq vətəndaşı Salah Numan İdlib vilayətinin şimalındakı Atma kəndində gizlənib. Koalisiya qüvvələri evə hava zərbəsi endirib və binanı mühasirəyə alıb. Ekstremist qaçmağa çalışsa da, yerindəcə güllələnib.

Əməliyyatda Suriya və İraqdan olan təhlükəsizlik qüvvələrinin iştirak etdiyi vurğulanır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
42
14
modern.az

10Источники