Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev müğənnidən şikayətçi olan Gündüz Məmmədovun videomüraciəti ilə bağlı münasibət bildirib.
Heftelik.az APA-ya istinadla xəbər verir ki, vəkil həmin şəxsin iş üzrə zərərçəkən qismində tanınmadığını qeyd edib.
“Video materiala baxmışam və məlumat verim ki, həmin şəxs iş üzrə zərərçəkmiş qismində tanınmayıb. Bildiyim qədəri ilə adı iş üzrə şahid qismində keçir. Hər bir halda videoda səslənən məqamları Rəqsanə xanım qəbul etmir və həqiqətə uyğun hesab etmir. Hazırda istintaq davam etdiyindən hadisənin detalları barədə açıqlama vermək istəmirəm, çünki bu, istintaq sirrinin pozulmasına səbəb ola bilər. Əminəm ki, istintaqın gedişi nəticəsində bütün məsələlər tam şəkildə aydınlaşdırılacaq və yekunda ədalətli qərar qəbul ediləcək”.