Azərbaycanda rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı açıqlanıb.
News24.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin hazırladığı “Azərbaycanda Uşaqlar” statistik məcmuəsində öz əksini tapıb.
Burada qeyd olunan məlumata görə, ötən il Azərbaycanda qeyri-rəsmi nikahdan 13228 uşaq dünyaya gəlib.
Onlardan 5158-i şəhər, 8070-i isə kənd yerlərində doğulub.
Statistikaya əsasən, 2023-cü illə müqayisədə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı azalıb.
Belə ki, 2023-cü ildə qeyri-rəsmi nikahdan 15622 uşaq dünyaya göz açıb.
2024-cü ildə isə ölkəmizdə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 15,2 faiz olub.
2023-cü ildə isə bu rəqəm 16,5 faiz təşkil edib.