RU

NATO ölkələrinin müdafiə nazirləri Ukraynaya dəstəklərini bir daha təsdiqləyib

NATO ölkələrinin müdafiə nazirləri Ukraynanı dəstəklədiklərini bir daha təsdiqləyiblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə alyansın Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone "X" sosial şəbəkəsində bildirib.

"Bu gün NATO-nun müdafiə rəisləri arasında əla və səmimi müzakirə oldu. Hər kəsə bu görüşlərdə həmişə fəal iştirakına görə təşəkkür etdim: biz həmrəyik və bu birlik həmişə olduğu kimi, bu gün də xüsusilə nəzərə çarpırdı. Ukraynaya gəlincə, biz dəstəyimizi bir daha təsdiqlədik. Prioritet ədalətli, etibarlı və davamlı sülh olaraq qalır", - admiral yazıb.

Избранный
65
9
far.az

10Источники