Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Dövlət katibi Marko Rubio və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov “C5+1” platforması çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
“Report” ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, danışıqlar zamanı Rubio Amerikanın iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, “C5+1” diplomatik platforması (Mərkəzi Asiya + ABŞ) vasitəsilə regional inteqrasiyanın təşviqi, eləcə də regional təhlükəsizliyin gücləndirilməsi məqsədilə Türkmənistanla gələcək əməkdaşlığa sadiqliyini təsdiqləyib.
Dövlət katibi həmçinin İsrail və İran arasında son münaqişə zamanı İrandan qaçan ABŞ vətəndaşlarına göstərilən yardıma görə Türkmənistana minnətdarlığını bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.