RU

Rusiya ordusu Donbasda təzyiqi artırır – yeni taktika barədə məlumat verildi

Rusiya qoşunları Donetsk vilayətinin Kramatorsk və Dobropoliya istiqamətlərində hücumları gücləndirərək Ukrayna müdafiə xəttinin dərinliklərinə irəliləyib.

Ukrayna hərbçilərinin bildirdiyinə görə, Moskva mümkün sülh danışıqlarından əvvəl daha çox ərazi ələ keçirməyə çalışır.

The New York Times yazır ki, vəziyyət barədə 93-cü mexanikləşdirilmiş briqadanın baş çavuşu Vitali Piasetski danışıb.

Onun sözlərinə görə, Rusiya ordusu artıq mexanikləşdirilmiş hücumları nadir hallarda həyata keçirir. Bu, döyüş bölgəsində pilotsuz uçuş aparatlarının kütləvi tətbiqi ilə bağlıdır. Piasetski vurğulayıb ki, dronlar tankların, yük maşınlarının və motosikllərin hərəkətini dərhal aşkar edə bilir ki, bu da texnikanın istifadəsini xeyli çətinləşdirir.

//Samir Qurbanov, Editor.az

Избранный
34
editor.az

1Источники