RU

Novxanıda çimərliyin satılması ilə bağlı elan paylaşıldı - Rəsmi AÇIQLAMA

  Sosial şəbəkədə əmlak satışı ilə məşğul olan şəxs Novxanıda dənizin satılması ilə bağlı elan paylaşıb.

Bəs çimərlik ərazisinin alqı-satqısı qanunidirmi?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, heç bir halda dənizkənarı ərazi satıla bilməz:

"Dənizkənarı ərazilərdə mövcud olan torpaq sahələri müvafiq dövlət qurumlarından icarəyə götürülərək istifadə hüququ formalaşır və həmin ərazilərdə mövsümi olaraq müəyyən biznes xarakterli işlərin qurulması mümkündür. Lakin həmin ərazinin digər şəxslərə satılması qanunvericiliyə əsasən qadağandır".

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, vətəndaş yalnız qanunla təsdiqlənmiş şəxsi mülkiyyətini satışa çıxara bilər:

"Ümumi istifadəyə aid sahələr, xüsusilə dənizkənarı zolaq dövlətin balansındadır və satıla bilməz".

Ətraflı Baku TV-nin süjetində:  


Избранный
62
9
referans.az

10Источники