Bu gün Gürcüstanda yarım saat ərzində iki zəlzələ baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Milli Yer Elmləri və Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, ilk təkanlar Senaki şəhərindən 9 km şimal-şərqdə, Qahomela kəndində 3,8 bal gücündə qeydə alınıb.
Bir qədər sonra Saqunio kəndində ikinci 3,5 bal gücündə zəlzələ baş verib.