Ajans.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, bloger şəxsi inkişaf kurslarını satmaq üçün "Banda" MMC-ni təsis edib. Şirkətin hüquqi ünvanının, eləcə də vəzifəli şəxslər haqqında məlumatların etibarsız olduğu iddia edilir. Şirkətin hesabları artıq bloklanıb.

Bundan əlavə, Həsənovun kurslarına qarşı ümumi məbləği 2 milyon 675 min rubl olan iki iddia qaldırılıb. Həsənov məhkəmə proseslərindən az əvvəl şirkətin təsisçiləri sırasını tərk edib.