RU

İtaliya NATO üzvü olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verməyi təklif edir

İtaliyanın Baş naziri Ciorcia Meloni NATO üzvü olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verməyi təklif edib.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazır.

O, Rusiya ilə münaqişənin bərpa olunacağı təqdirdə Kiyevin müttəfiqlərini 24 saat ərzində hərbi dəstək barədə razılığa gəlməyə çağırıb.

Agentlik bu formatı "NATO-Lite" adlandırır. Mənbələr qeyd edirlər ki, Meloni planı Ukraynanın alyansa üzvlüyünü nəzərdə tutmur, lakin o, Alyansın Nizamnaməsinin 5-ci maddəsinə bənzər kollektiv yardım mexanizmi təklif edir və qoşunların yeridilməsi halında cavab tədbirlərinin dərhal əlaqələndirilməsinə imkan verir.

Dəstək variantları arasında Kiyevə operativ və davamlı müdafiə və iqtisadi yardımın göstərilməsi, Ukrayna ordusunun gücləndirilməsi və Rusiyaya qarşı sanksiyaların tətbiqi var.

Избранный
18
3
far.az

4Источники