RU

Rusiyadan Hüseyn Həsənov barədə qərar

Rusiya Federal Vergi Xidməti bloqer Hüseyn Həsənovun şirkətini ləğv edib.Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Zvezdaç" "Telegram" kanalı məlumat yayıb. Bloqer şəxsi inkişaf kurslarını satmaq üçün "Banda" MMC-ni təsis edib. Lakin şirkətin hüquqi ünvanı və əməkdaşları haqqında məlumat etibarsız olub.İndi Rusiyanın Federal Vergi Xidməti şirkəti ləğv etmək qərarına gəlib və hesabları artıq bloklanıb.Bundan əlavə, H.Həsənovun kurslarına qarşı ümumilikdə 2 milyon 675 min rubl məbləğində iki iddia qaldırılıb. Bloqer məhkəmələrə az qalmış təsisçilər heyətini tərk edib.Xatırladaq ki, mayın 14-də Rusiya Daxili İşlər Nazirliyi milyonluq izləyicisi olan bloqeri çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində axtarışa verib. O, qiyabi həbs edilib və indi onu 7 ilə qədər həbs və külli miqdarda pul cəriməsi gözləyir.

H.Həsənov ona qarşı məhkəmə işi açılandan dərhal sonra Moskvadakı mənzilini satıb.

Избранный
103
14
metbuat.az

10Источники