ain.az, Apasport portalına istinadən məlumat verir.
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, ilk matçlara 4 qarşılaşma ilə yekun vurulub.
"Fənərbaxça" "Benfika"nı qəbul edib. İstanbulda keçirilən görüş saat 23:00-da start götürüb.
Oyunda qalib müəyyənləşməyib. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Günün digər matçında isə "Bodo Qlimt" öz meydanında "Şturm"u 5 cavabsız qolla məğlub etməyi bacarıb - 5:0.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
20 avqust
23:00. "Fənərbaxça" (Türkiyə) - "Benfika" (Portuqaliya) 0:0
23:00. "Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka) 1:1
23:00. "Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan) 0:0
23:00. "Bodo Qlimt" (Norveç) - "Şturm" (Avstriya) 5:0
Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları avqustun 26-27-də keçiriləcək.
Çempionlar Liqasında günün nəticələri - YENİLƏNİB
ÇL: “Qarabağ”dan inamlı qələbə - YENİLƏNİB
"Qarabağ"ın rəqibi bəlli oldu
FIFA-dan növbəti dəyişiklik: KLUB SAYI ARTIRILIR
Azərbaycan – Ukrayna oyununun biletləri satışda: Ən ucuzu 5 manat
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.