ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Bəzi Avropa ölkələri təhlükəsizlik təminatları çərçivəsində ABŞ-dən “F-35” qırıcılarının Rumıniyada yerləşdirməsini istəyir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times” qəzeti bir sıra NATO ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Vaşinqtonda apardığı müzakirələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, avropalılar Amerika “F-35” qırıcılarının Rumıniyadakı hərbi hava qüvvələri bazasında yerləşdirilməsini istəyirlər.
Onlar həmçinin Vaşinqtonun Ukraynanın GPS naviqasiya peyk sistemindən istifadə etmək üçün Amerika peyklərinə arxalana biləcəyinə və ABŞ kəşfiyyatına çıxış əldə edəcəyinə zəmanət verməsini dəstəkləyirlər.
Bundan əlavə NATO üzvü olan Avropa ölkələri ABŞ administrasiyasından Ukraynaya “Patriot” zenit-raket komplekslərinin, NASAMS zenit-raket komplekslərinin tədarükünə zəmanət verməsini və gələcəkdə Qara dəniz üzərində kəşfiyyat təyyarələrinin istifadəsinə icazə verilməsini istəyirlər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.