BAKI, 21 avqust. TELEQRAF
Yaponiyada sosial şəbəkə istifadəçiləri ölkənin qərb hissəsinin səmasını qısa müddətə işıqlandıran sirli obyekt gördüklərini paylaşıblar.
Teleqraf xəbər verir ki, hadisə yerli vaxtla təxminən 23:08-də qeydə alınıb.
Yaponiya Meteorologiya Agentliyinin Kaqoşima prefekturasındakı nümayəndəsi bunun od kürəsi və ya meteorit olduğunu söyləyib.
Gecə səmasını qısa müddətə işığa qərq edin kürə Kinki, Ksü və Şikoku bölgələrindəki bir neçə prefekturanın sakinləri tərəfindən müşahidə edilib.