ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
İtaliya Baş naziri Corcia Meloni Kiyev hakimiyyətinə sülh yolu ilə həll üçün təhlükəsizlik zəmanətləri təqdim edən plan irəli sürüb.APA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat verib.Məlumata görə, təklifdə Kiyevdə Qərb müttəfiqlərinin qoşunlarının yerləşdirilməsi nəzərdə tutulmayıb.
Agentlik qeyd edir ki, İtaliya Baş nazirinin təklifində Ukraynanın NATO-ya qəbul cəhdlərindən imtina nəzərdə tutulur.
Eyni zamanda, plan çərçivəsində alyans ölkələrinin Kiyev ilə razılaşmalar bağlaya biləcəyi mexanizm təklif edilir.Təklifə əsasən, Ukraynaya hücum edilərsə, 24 saat ərzində Kiyevə hərbi dəstək göstəriləcək.
Qeyd edilir ki, İtaliyanın planı NATO ölkələri tərəfindən nəzərdən keçirilən bir neçə təklifdən biridir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.