ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Santos" azarkeşləri komandanın məşq bazasına basqın edərək, zəif nəticə göstərdiklərinə görə futbolçuları hədələyiblər. Sport24.az xəbər verir ki, bu barədə ESPN.com.br portalı məlumat yayıb.
Aqressiv azarkeşlərin qarşısına Neymar çıxıb və onların irad və narazılıqlarını dinləyib.
Qeyd edək ki, Braziliya A Seriyasının 20-ci turunun ev matçında "Santos" 0:6 hesabı ilə darmadağın olub. Məğlubiyyətdən sonra "Santos" azarkeşləri baş verənlərə öz münasibətini nümayiş etdirərək meydançaya arxa çeviriblər. Bir çox azarkeşin əynində məhz Neymarın forması olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.