RU

Ukraynanın sülh müzakirəsi üçün şərti...

Yazını böyüt
Yazını kiçilt

"Ukrayna hakimiyyəti təhlükəsizlik təminatları əldə etməyənədək Rusiya ilə hər hansı sülh məsələsini müzakirə etməyin mənasını görmür".

Hafta.az xəbər verir ki, bu fikri Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva "Rada" telekanalının efirində səsləndirib.

"Təhlükəsizlik təminatları olmadan və həmin təminatların nə olduğunu dəqiq anlamadan, davamlı sülhün bərqərar edilməsi üzrə danışıqlar çərçivəsində başqa məsələləri müzakirə etməyin mənası yoxdur", - Jovkva bildirib.

Onun sözlərinə görə, Ukrayna üçün təminatlar həm hərbi, həm də siyasi xarakter daşımalıdır. Bunlara ordunun hazırkı sayının saxlanılması və ölkənin Avropa İttifaqına üzvlüyü daxildir.

Избранный
24
1
hafta.az

2Источники