RU

FED İdarə Heyətinin üzvü Kuk istefa çağırışlarına cavab verib



ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kuk "ipoteka fırıldaqçılığı" iddiaları ilə bağlı istefaya çağırışlara cavab verib.
Kuk, Federal Mənzil Maliyyə Agentliyinin (FHFA) direktoru Bill Pultenin iddiaları və ABŞ prezidenti Donald Trampın istefası tələbindən sonra açıqlama verib.

ABŞ prezidenti Tramp FED İdarə Heyətinin üzvü Kukun istefa verməli olduğunu deyib.

Pultenin FED-ə qoşulmadan 4 il əvvəl etdiyi ipoteka müraciəti ilə bağlı araşdırmaya başladığını sosial mediada açıqladığına diqqət çəkən Kuk, "Bir tvitdə verilən bəzi suallara görə vəzifəmdən istefa vermək fikrində deyiləm" dedi.


Fed İdarə Heyətinin üzvü olaraq maliyyə tarixi ilə bağlı bütün sualları ciddiyə aldığını vurğulayan Kuk, qanuni suallara cavab vermək və faktları ortaya çıxarmaq üçün dəqiq məlumat topladığını qeyd edib.

Pulte ABŞ Ədliyyə Departamentini Kuka qarşı "ipoteka fırıldaqçılığı" ilə bağlı cinayət təhqiqatı başlatmağa çağırıb və həmçinin Kukun istefasını tələb edib.

Prezident Tramp Bloomberg-in xəbərini də paylaşıb ki, Pulte ABŞ-ın baş prokuroru Pam Bondidən Kuk haqqında təhqiqat açılmasını istəyib və “Kuk dərhal istefa verməlidir!”

aia.az
Tərcümə şöbəsi



Избранный
23
aia.az

1Источники