RU

Hüseynin Rusiyadakı şirkəti ləğv edildi

Rusiya Federal Vergi Xidməti azərbaycanlı bloger Hüseyn Həsənovun şirkətini ləğv edib.

Modern.az xəbər verir ki, bu barədə “Zvezdaç” teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, o, şəxsi inkişaf kurslarını satmaq üçün “Banda” MMC yaradıb. Kanal iddia edir ki, şirkətin hüquqi ünvanı və məmurlar haqqında məlumatlar etibarsızdır.

Bildirilib ki, sözügedən şirkətin hesabları artıq bloklanıb.

Əlavə olaraq blogerin kurslarına qarşı ümumilikdə 2 milyon 675 min rubl (təxminən 57.000 AZN) məbləğində iki iddia qaldırılıb.

Qeyd edək ki, mayın 14-də xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə bağlı cinayət işi üzrə axtarışa verildiyi üçün Həsənov barəsində qiyabi həbs qərarı verilib.

Избранный
17
5
modern.az

6Источники