RU

ABŞ-da mərhəməti ilə tanınan hakim Frenk Kaprio 88 yaşında vəfat edib

ABŞ-da məhkəmə zalında insanlara göstərdiyi mərhəmət və anlayışı ilə məşhurlaşan, “dünyanın ən ədalətli hakimi” adlandırılan Frenk Kaprio 88 yaşında mədəaltı vəzi xərçəngindən dünyasını dəyişib.Bu barədə FOX Tv xəbər verib.

Kaprio FOX TV-də yayımlanan Caught in Providence proqramı ilə tanınıb və onun insani qərarları bütün dünyada diqqət çəkib.

O, tez-tez maliyyə çətinliyi çəkən şəxslər üçün ödəniş planları hazırlayıb.

Onun adı xeyirxah əməllərinə görə  Providensdəki məhkəmə binasına  verilib.

N.Təbrizli

Избранный
38
anews.az

1Источники