RU

Neftimizin qiyməti 70 dollara yaxınlaşır

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,56 ABŞ dolları və ya 0,82% artaraq 68,90 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 68.34 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Избранный
11
4
qafqazinfo.az

10Источники