RU

Niyə Trump ticarət dövriyyəsində müsbət saldo əldə etdiyi ölkələrə sevgi göstərir? - TƏHLİL

Rusiyanın müxtəlif dairələrində ölkəmizlə münasibətlərdəki gərginliyin Azərbaycanın iqtisadi durumuna, ələxsus da ticarət dövriyyəsinə mənfi təsir edəcəyi iddia edilir. Maraqlıdır, onlar doğurdan anlamır ki, Azərbaycanla ticarət dövriyyəsində qazanan tərəf məhz Rusiyadır?

Biz ötən il Rusiyaya cəmi 1,2 milyard dollarlıq məhsul ixrac edib, qarşılığında Rusiyadan 3,6 milyard dollarlıq məhsul idxal etmişik. Nəticədə Azərbaycan üçün Rusiya ilə ticarətdə 2,4 milyard dollarlıq mənfi saldo yaranıb. Yəni Rusiya bu münasibətlərdən 2,4 milyard dollarlıq müsbət saldo əldə edib.

2025-ci ilin ilk 6 ayının rəqəmləri də göstərir ki, vəziyyət dəyişmir. İxracımız cəmi 6,1% artaraq 590 milyon dollara çatdığı halda, Rusiyadan idxalımız təxminən 20% artıb və 2 milyard dollara yaxınlaşıb. Yəni hər il, hər hesabat dövründə mənzərə eynidir. Azərbaycanla ticarət dövriyyəsindən daha çox qazanan tərəf daim Rusiya olur.

Niyə Donald Trump ticarət dövriyyəsində müsbət saldo əldə etdiyi ölkələrə sevgi göstərir, mənfi saldosu olan ölkələrə tarif tətbiq edir? Çünki, o bilir ki, müsbət ticarət saldosu olan ölkələr “çörək verən” ölkədir. Bəli, Azərbaycan Rusiya üçün “çörək verən” ölkədir. Yəni ümumi ticarətin 80%-i Rusiyanın xeyrinə işləyir.

Zamanla bu təhdidlərin artmaması və risklərin minimumlaşdırılması üçün prosesə baxışın ciddi dəyişməsinə ehtiyac vardır. Asan proses olmasa da, amma alternativ bazarların və yeni istiqamətlərin təhlili, yeni mexanizmlərin tətbiqi, pilot ixrac layihələrin icrası mümkündür. Bu yolla Azərbaycan özünü daha dayanıqlı və müstəqil iqtisadi modelə aparacaq. Onsuz da əsl inkişaf və tərəqqi problem və çətinlikdən doğur. Bundan qorxmaq lazım deyil.


Eldəniz Əmirov, iqtisadçı ekspert

Избранный
66
news365.az

1Источники