RU

"Ulduz"u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq... (FOTO)

Müğənni Rəqsanə İsmayılovanın qəfil həbsi gündəmin əsas mövzularından birinə çevrilib. Cəmiyyətin bir qismi sənət adamının hansısa cinayətlə bağlılığını qəbul etməsə də, bundan əvvəl də müxtəlif incəsənət nümayəndələrinin məhkum edildiyi faktları var.

 

"Qafqazinfo” mövzunun aktuallığını nəzərə alaraq zaman-zaman yolu məhkəmə və həbsxanalara düşən tanınmış sənətçiləri yada salıb:

 

Fədayə Laçın

 

Bu günə qədər həbsi ilə böyük rezonans yaradan sənətçilərən biri Fədayə Laçın olub. Fədayənin "Qoca” ləqəbli Etibar Məmmədovun həbsdən qaçmasına kömək edərkən tutulması həmin dövrdə böyük müzakirələrə yol açmışdı. Müğənni bu cinayətinə görə ömrünün 2 ilini dəmir barmaqlıqlar arasında keçirdi.

 

 

Rəşad Dağlı

 

Qonşusunu qətlə yetirən meyxanaçı Rəşad Dağlının cinayəti də sensasiya yaratdı. Dağlı bu əməlinə görə 9 il 6 ay həbslə cəzalandırıldı. Artıq 3 ildir həbsdə olan meyxanaçı hazırda cəzaçəkmə müəssisəsində qalan illərinin keçməsini gözləyir.

 

 

Cavid Sumqayıtlı, Mahir Ay Brat

 

Meyxanaçılar Cavidlə Mahir ikisi də narkotik cinayətinə görə məhkum edilib. Sumqayıtlı 7 il 6 aylıq həbsə göndərilsə də, Mahir məhkumluğunu şərti keçirir.

 

 

Elşad Xose

 

Məşhur repçi Elşad Xose də narkotikə görə həbsdə yatıb.

 

 

Aqil M.Quliyev

 

Tanınmış rejissor bir vaxtlar məhkəmə qərarını icra etməməkdə təqsirli bilinərək 1 il 6 ay həbsə məhkum olunub.

 

 

Rza Rzayev

 

"Draqon” kimi tanınan Rza Rzayev xuliqanlığa görə 2 il müddətinə azadlıqdan məhrum edilib. Gimnaziya direktoru olan Tural Mirzəliyevə xəsarət yetirməkdə təqsirləndirilən aktyor bu yaxınlarda azadlığa buraxılıb.

 

 

Ağadadaş Ağayev

 

Hazırda məhkumluğu davam edən ən məşhur sənətçilərdən biri Xalq artisti Ağadadaş Ağayevdir. Baltanı cinayət alətinə çevirib xuliqanlıq edən müğənniyə bu yaxınlarda 2 illik şərti cəza verilib.

 

 

Samir Cavadzadə

 

Azərbaycanın "Eurovision-2008” təmsilçisi Samir Cavadzadə dostunu bıçaqladığı üçün cinayət məsuliyyətinə cəlb edilib. O, 48 saat saxlanıldıqdan sonra nəzarət şərti ilə sərbəst buraxılıb. İstintaqın sonunda cinayət işinə xitam verilib.

 

 

Vüsal Əliyev

 

Bir vaxtlar gənclərin ən çox sevdiyi müğənnilərdən biri olan Vüsal Əliyev dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət axtarışda olan ifaçı Bakıya qayıdanda tutulmuşdu. İstintaq onun azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq uzunmüddətli həbslə cəzalandırmayıb.

 

 

Təranə Səmədova

 

Bir çox tanınmış müğənnilərə prodüserlik edən Təranə Səmədova da hazırda məhkumdur. Səmədovaya şantaja görə 6 il həbs cəzası verilib.

 

 

Dəniz Əsədova

 

Ən yaxın müddətdə həbs edilən müğənni isə Dəniz Əsədovadır. Qalmaqallı müğənni böhtana görə 8 ay "içəridə” qalacaq.

 

 

Azər Zahid

 

Daim incəsənət nümayəndələrinin içində olan, TikTokda yarışmalar təşkil edən aparıcı Azər Zahid də cinayət məsuliyyətinə cəlb edilənlər siyahısına daxildir. Çirkli pulları yuma, qumarxana təşkil etmə ittihamları ilə bir neçə ay həbsdə qalan aparıcı bu yaxında ev dustaqlığına buraxılıb.

 

 

Sadaladıqlarımız yalnız cinayət işləri ilə bağlıdır. Lakin bu günə qədər inzibati qaydada həbs edilən məşhurlar da çoxdur - Manaf Ağayev, Tunar Rəhmanoğlu, Elşən Xəzər, Orxan Lökbatanlı kimi.

 

Nəticədə isə kimliyindən asılı olmayaraq qanun qarşısında hamı bərabərdir...

 

Избранный
62
16
milliyol.az

10Источники