RU

Nazir: Ölkəmizin hər bir bölgəsi DOST xidmətləri ilə əhatə olunacaq

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 avqust, AZƏRTAC

DOST infrastrukturunun genişləndirilməsi işləri davam etdirilir və ölkəmizin hər bir bölgəsinin DOST xidmətləri ilə əhatə olunması təmin ediləcək.

Bunu DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan DOST Agentliyinin artıq 7 DOST mərkəzinin, 1 DOST filialının və 1 “Smart DOST” məntəqəsinin fəaliyyət göstərdiyini qeyd edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sayəsində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, innovativ əsasda təqdim edildiyi vurğulanıb.

Bildirilib ki, ötən dövrdə DOST xidmətlərinə 3,8 milyona yaxın vətəndaş müraciəti olub və həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,6 faiz təşkil edib.

DOST konsepsiyasının 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunduğu, onlardan 12-nin “Avropa üçün yaxşı təcrübə mükafatı” olduğu diqqətə çatdırılıb. Dünyada Azərbaycanın yeni brendi kimi tanınan DOST təcrübəsini tətbiq etməyə maraq göstərən ölkələrin sayının artmaqda olduğu qeyd edilib.

İclasda bölgələrdə DOST mərkəzləri və filiallarının açılması istiqamətində görülən işlərdən bəhs olunub. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun fəaliyyətinə dair hesabatla çıxış edib. Həmçinin DOST mərkəzlərinin fəaliyyəti, strateji məqsədləri və prioritetləri müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
5
azertag.az

6Источники