RU

Azərbaycanın xarici işlər naziri kiprli həmkarı ilə regional məsələləri müzakirə edib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos arasında telefon danışığı aparılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Kiprin xarici işlər naziri Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı Kiprin 2026-cı ilin ilk yarısında Avropa İttifaqı (Aİ) Şurasına Prezidentliyi çərçivəsində planlar, habelə regional məsələlər müzakirə olunub. Kiprin Aİ sədrliyi dövründə bölgəmizdə sülh prosesinə töhfə verməyə hazır olduğu bildirilib.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
11
azertag.az

10Источники