RU

Londonda oxuyacaq Selcan: "Ən çox onun üçün darıxacam"

2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq şəxslərdən biri də Selcan Hacıdır.

S.Hacı London Universitet Kollecində Hüquq ixtisası üzrə magistratura səviyyəsi üzrə təhsil alacaq.

AzEdu.az S.Hacı ilə həmsöhbət olub.

O, Bakı Dövlət Universitetinin hüquq fakültəsini 92.5 ÜOMG ilə bitirən müsahibimiz qəbul xəbərini alanda keçirdiyi sevinc hislərindən danışıb.

"İlk olaraq bu xəbəri ailəmlə, daha sonra isə dostlarımla bölüşdüm. Daha əvvəl xarici ölkələrdə olduğum üçün adaptasiya baxımından çətinlik yaşayacağımı gözləmirəm. Məncə, orada yaşamaq və təhsil almaq mənim üçün rahat olacaq. Ən çox isə anam üçün darıxacağımı düşünürəm.

Dil biliklərinin təhsil və karyera üçün böyük önəmi var. Xarici dil insana yeni imkanlar açır, iş tapmaq və ünsiyyət qurmaq baxımından da çox faydalıdır. Mən dövlət proqramını seçməklə ölkəmə faydalı olmaq, təhsilimi başa vurduqdan sonra yaxşı bir mütəxəssis kimi geri qayıdıb çalışmaq niyyətindəyəm.

Müraciət prosesində nəticəyə ümidli idim, çünki müsahibə mərhələm uğurlu keçmişdi.

Xaricdə oxumağın mənfi tərəfi kimi yalnız təklik hissini qeyd edə bilərəm. Amma mən çevrəyə tez uyğunlaşan biri olduğum üçün bu, mənim üçün böyük problem olmayacaq. Təhsil aldığım müddətdə işləməyi hələ ki, planlaşdırmıram, çünki dövlət proqramının yaratdığı imkanları kifayət qədər yetərli hesab edirəm.

Ailəmin münasibəti isə mənim üçün xüsusi önəm daşıyır. Onlar mənə bu yolda tam dəstək oldular".

 

Избранный
14
3
milliyol.az

4Источники