ain.az, sport24.az portalına istinadən məlumat verir.
"Real" qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətini uzadacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolieri X sosial şəbəkəsində paylaşım edib.
Mənbənin sözlərinə görə, tərəflər iki illik yeni sözləşmə ilə bağlı şifahi razılığa gəliblər.
Qeyd edək ki, 33 yaşlı belçikalı qolkiper 2018-ci ildən "Real"ın formasını geyinir. O, Madrid təmsilçisində bütün turnirlərdə 289 oyun keçirib və 282 qol buraxıb. 114 qarşılaşmada isə qapısının toxunulmazlığını təmin edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.