RU

SOCAR-ın yeni rəhbərliyindən Rövnəq Abdullayevə daha bir zərbə - Ailə üzvünə məxsus bankı niyə çökdürülür?

""Socar Petroleum"QSC partnyor bankını dəyişib. Sözügedən QSC-nin yanacaq doldurma məntəqələrində (YDM) "RabitəBank"ın POS terminalları ləğv edilib.

Mia.az Kommersant.az-a istiandla xəbər verir ki, bu barədə QSC-dən məlumat verilib.

Bildirilib ki, ölkə daxilində 45 YDM-i olan SOCAR əvvəllər "RabitəBank"ın POS terminallarından istifadə edirdi. Hazırda isə bu terminallar "Pasha Bank" və "Kapital Bank"-ın POSları ilə əvəz edilib.

Mia.az xəbər verir ki, bəzi iddialara görə, adıçəkilən bankın məhz Rövnəq Abdullayev SOCAR prezidenti vəzifəsidən azad olunmasından sonra tədricən çökdürülmə prosesinin başlandığı deyilir. Elə SOCAR-ın yeni rəhbərliyinin "RabitəBank"ın POS terminallarını ləğv etməsini də bu kontekstdən izah etmək məntiqli görünür.

Yeri gəlmişkən, SOCAR bu yaxınlarda "Azərtürkbank"ı satın alıb, hətta SOCAR-ın iki-vitse-prezidenti bu bankın Müşahidə Şurasının üzvləri təyin olunublar.

Samir Musayev

mia.az

Избранный
15
3
mia.az

6Источники