ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Uzun illər “Qanlı köpəklər”, “Kriminal qiraət” və “Şərəfsiz itlər” kimi kult layihələrə rəhbərlik edən rejissor, hələlik son filmi olan “Bir zamanlar... Hollivudda”nı 2019-cu ildə təqdim edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir podkastda çıxış edən rejissor etiraf edib ki, onun son filmi sevimlisidir, baxmayaraq ki, o, digər filmləri barədə də bəzi fikirlərini bölüşüb.
“Bir zamanlar... Hollivudda” Tarantinonun sevimli filmi olsa da, o, “Şərəfsiz itlər”i özünün ən yaxşı işi hesab edir, “Kill Bill” filmini isə “Qüentin filmi”nin zirvəsi adlandırır. Rejissor dəqiqləşdirib:
“Mən düşünürəm ki, “Kill Bill” mənim doğulma səbəbim olan filmdir, ‘Şərəfsiz itlər’ mənim şah əsərimdir, amma ‘Bir zamanlar... Hollivudda’ mənim sevimlimdir”.
Filmlərinin ssenarilərindən danışarkən Tarantino “Şərəfsiz itlər”in ssenarisini ən yaxşısı adlandırıb. Onun ardınca “İyrənc səkkizlik” və “Bir zamanlar... Hollivudda” gəlir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.