Azərbaycan Respublikasının Dominikan Respublikasındakı səfiri Ruslan Rzayev avqustun 20-də etimadnaməsini Dominikan Respublikasının Prezidenti Luis Abinaderə təqdim edib.
Leqal.info xəbər verir ki, bu barədə Azərbaycanın Dominikan Respublikasındakı səfirliyi məlumat yayıb.
Dominikan Respublikasının Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Dominikan Respublikasının Prezidenti Luis Abinaderə çatdırıb. Dövlət başçısının salamlarına görə, minnətdarlığını bildirən Dominikan Respublikasının Prezidenti öz növbəsində, onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
Görüş əsnasında iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта