RU

"Araz-Naxçıvan”ın kapitanı: “Məhz buna görə meydanda vuruşurlar”

"Çempionatın birinci oyunu idi. Çətin olacağını bilirdik".

İdman.biz xəəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın kapitanı Urfan Abbasov deyib.

Cinah müdafiəçisi "Zirə" ilə səfərdə heç-heçə (1:1) etdikləri Misli Premyer Liqasının I turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: "Həm də biz ağır səfərdən gəlmişdik. Həm fiziki, həm də psixoloji yorğunluq var idi. "Omoniya" ilə oyunlardakı məğlubiyyətlər bizə bir az pis təsir etmişdi. Amma ilk turda var gücümüzü ortaya qoymağa çalışdıq. Oyunumuz yaxşı alınmasa da, məğlub olmadıq. Növbəti qarşılaşmalara köklənəcəyik. Optimal forma yığmalıyıq"

Abbasov ilk hissədə gözlənilmədən qapılarında top buraxdıqlarını söyləyib: "Baş məşqçimiz fasilədə özünəməxsus tapşırıqları verdi. Matçı çevirməyə çalışdıq. Ağır oyun alındı. Amma ən azından bir xal əldə edə bildik".

O, meydanda oyunçular arasında yaşanan gərginliyə də toxunub: "Hər iki kollektiv uduzmaq istəmir. Bəlkə də buna görə gərginlik olur. "Zirə" də bizim kimi qalib gəlmək istəyirdi. Hər görüşə üç xal üçün çıxırıq. Heç kim məğlubiyyət istəmir. Bunu matçlarda da görürük. Açılış turunda bütün qarşılaşmalara baxmışıq. Hamı xal qazanmaq istəyir, ona görə də meydanda vuruşurlar"

Abbasov son olaraq Naxçıvan təmsilçisi cari mövsümdəki hədəflərindən də söz açıb: "Bütün komandaların arzusu yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Bizim də fikrimiz odur. Medalçılar sırasına düşməyi planlaşdırırıq".

Избранный
11
1
idman.biz

2Источники