Bakı. Trend:
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 350,8 milyon ABŞdolları dəyərində 727,7 min ton bitumlu süxurlardan alınmış xamneft və xam neft məhsulları idxal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedənməhsulların Azərbaycana idxalında dəyər ifadəsində 203,8 milyon ABŞdolları və ya 36,7%, həcm baxımından isə 253,7 min ton və ya 25,8%azalma qeydə alınıb.
Dövr ərzində Azərbaycana xam neft məhsulları Qazaxıstan, Rusiyavə İraqdan idxal edilib. Belə ki, cari ilin ilk 6 ayındaQazaxıstandan 22,6 milyon ABŞ dolları dəyərində 41,8 min ton,Rusiyadan 328,1 milyon ABŞ dolları dəyərində 685,7 min ton, İraqdanisə 52 min ABŞ dolları dəyərində 141 ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları alınıb.
Hesabat dövründə Azərbaycandan əks istiqamətlərə isə sözügedənneft məhsullarının ixracı qeydə alınmayıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% az, həcm ifadəsindəisə 947,5 min ton və ya 8,5% çoxdur.