RU

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Bakı, 21 avqust. AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara, 1 alışdırıcı, 9 tüfəng, 1 patron darağı və 193 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Избранный
117
34
azertag.az

10Источники